Hüseyn Əzizoğlu onu tənqid edənlərə cavab verdi: "Gedin..."

  • 27.12.2018
  • 0

Vayner Hüseyn Əzizoğlu daha bir qalmaqallı videoyla sosial şəbəkə izləyicilərinin narazılığına səbəb olub.

Minval.İnfo xəbər verir ki, buna səbəb videoda üzərində “Qarabağ” yazılmış köynəklə çılpaq yerlərini örtməsi olub. Edilən tənqidlərdən sonra H.Əzizoğlu video ilə cavab verib.

Vayner deyib ki, burada heç bir intim bölgəsinin köynəklə qapadılmasından söhbət getmir: “Saytlar yazır, hamı tənqid edir. Burada intim heç bir yer yoxdur axı. Deyirlər ki, “Buna bir dur demək lazımdır”. “Dur” deyiləsi o qədər şey var ki, gedinb onlara “dur” deyin”.

Nə düşünürsən?