Yasamalda maşın yandı

  • 27.12.2018
  • 0

Bu dəqiqələrdə Yasamal rayonunda avtomobillərdən biri alışaraq yanıb.

Minval.İnfo xəbər verir ki, yanğın nəticəsində ətrafındakı iki avtomobilə də zərər dəyib. İnsanların köməyi ilə yanğının qarşısı qismən alınıb.

Hazırda hadisə yerində FHN-nin yanğından mühafizə bölməsinin əməkdaşları çalışır.

Nə düşünürsən?