Taman yarımadası rayonunda yük gəmisi saya oturdu

  • 25.12.2018
  • 0

Rusiyanın Krasnodar vilayəti sahillərində, Taman yarımadası rayonunda Monqolustan bayrağı altında üzən “Surov” quru yük gəmisi saya oturub. Virtualaz.org xəbər verir ki, gəminin 11 heyət üzvündən 2-i Azərbaycan vətəndaşıdır, qalanları rusiyalılardır.

Gəmi Türkiyənin “İsgenderun” limanından Rusiyanın “Qafqaz” limanına doğru yola çıxıb. “Rosmorreçflot”un mətbuat xidməti bildirir ki, hazırda Tamanda güclü külək əsir, dənizdə dalğaların hündürlüyü 4-5 metrə çatır. Gəminin pis hava üzündən qəzaya uğradığı təxmin edilir.

Gəmi saya oturandan sonra elektrik generatorlarının işi dayanıb və içəri su dolmağa başlayıb. Novosibirskdən göndərilmiş yedək gəmisi “Surov”u evakuasiya edə bilib.

Nə düşünürsən?