“Ondan başqa heç kimlə efirə çıxmaram” - Meyxanaçıdan həmkarlarına sərt mesaj

  • 18.12.2018
  • 0

ARB TV-nin "Səhər-Səhər" verlişininin növbəti qonağı meyxanaçı Mehman Əhmədli olub.

Verilişə digər qonaq kimi İntiqam Rüstəmov dəvət olunsa da meyxanaçı bundan imtina edib. Meyxanaçının gəlməmə səbəbi, səs yazısı kimi efirdə nümayiş etdirilib:

"Mən meyxanaçıların heç biri ilə efirə çıxmıram. Əliağa Vahiddən başqa heç kimlə çıxmaram, o da rəhmətə gedib. Sənətdən bir az uzaqlaşıram. Özüm üçün başqa işlər qururam. Sənətin ləzzəti də qalmayıb".

İntiqam Rüstəmovun bu açıqlamasına Mehman Əhmədlinin cavabı belə olub:

"Mənim onunla şəxsi problemim yoxdur. İntiqam heç bir meyxanaçı ilə efirə çıxmadığını qeyd edir, tək mənimlə yox. Deyir ki, özümə şəxsi işlər qururam. Yəni burada Mehmanın yerinə başqa meyxana deyən olsaydı da eyni sözü deyəcəkdi".

Nə düşünürsən?