Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtobus aşıb

  • 07.12.2018
  • 0

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Bundan əvvəl Bakıda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb. (Report.a

Nə düşünürsən?