Fəxrəddin Manafov teatrdan getməsini təsdiqlədi və şərtlərini açıqladı

06.12.2018 | 58 | 0

Axşam.az xəbər verir ki, aktyor 1news.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

“Bəli, mən teatrdan getmişəm və ümid edirəm ki, bu müvvəqqətidir... Çünki bəzi problemlər və məsələlər öz həllini tapmalıdır. Bu məsələlərlə bağlı mənim şərtlərim var. Şərtlərim yalnız və yalnız yaradacı prosesin inkişafı üçündür. Şərtlərim isə belədir:

Ruhi, mənəvi tərəfdən hələ formalaşmamış, özünü vəzifə daşıyıcısı hesab edən aktyorlarla, ümumiyyətlə insanlarla kobud, qaba, tərbiyəsiz davranan adını çəkdiyimiz o teatr məkanında, təsadüf bir şəxsin, olub və ya olmaması şərti...  Məşqlər və tamaşa qabağı şərait yaradılması, nizam-intizamın və ümumiyyətlə bir çox problemlərə peşəkar yanaşmağın və onların həlli məsələsi...   Bu kimi şərtlər yerinə yetərilsə, o zaman mən öz fəaliyətimi davam edərəm... Amma hal-hazırda mən teatrdan getmişəm... bu və digər şərtlərin həlli nəticəsini gözləyəcəm...  

Son olaraq qeyd edirəm və təkidlə vurğulayıram ki, bu məsələ ilə bağlı heç bir müzakirə məni maraqlandırmır və mənim tərəfimdən əlavə şərhlər olmayacaq. Hamıya yaradıcı uğurlar!

Nə düşünürsən?