Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib. Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib. O qeyd edib ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil. Qeyd edək ki, o, 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi. Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. İki oğlu, bir qızı var. Allah rəhmət eləsin! Röya İsrafilova Yeni Media