Qızıldan hicab geyinmiş xanım müzakirələrə səbəb olub

  • 04.12.2018
  • 0

Küveytdə yaşayan bir xanım internetdə paylaşdığı video ilə müzakirələrə səbəb olub. 

Oxu.Az-ın İslamnews.ru saytına istinadən xəbərinə görə, o, 22 karatlıq “917” problu iki kiloqram saf qızıldan hazırlanmış hicab geyinməklə müsəlmanlar tərəfindən tənqid obyektinə çevrilib. 

Belə ki, milyonlarla insanın aclıq və səfalət içində əziyyət çəkdiyi dövrdə özünü müsəlman hesab edən birisinin qızıldan geyimlə öyünməsi izləyicilər tərəfindən harınlıq kimi qiymətləndirilib.

Qızıl hicab 75 min dollara başa gəlib.