Bədənini parçalayıb göydələndən aşağı salladılar

  • 16.11.2018
  • 0

Tailandda başından vurulduqdan sonra bədəninin bir çox yeri kəsilərək göydələnin 31-ci mərtəbəsindən aşağı salınan kişi meyiti ölkəni ayağa qaldırıb.


Metbuat.az Moderator.az-a istinadən xəbər verir ki, kimliyi müəyyənləşməyən şəxsin parçalanmış görüntüləri böyük çaşqınlıq yaradıb. Ölkədə hiddətə səbəb olan cinayət hadisəsində başına silahla bir əl atəş olunaraq öldürülən adamın 69 yaşı olduğu bildirilib.

Norveçli olduğu bildirilən adamın səhər saatlarında asılmış meyitini görən hadisə şahidləri polisə xəbər verib. Hadisə yerinə gələn polis dəstələri kran vasitəsi ilə cəsədi üç saatlıq bir çalışma nəticəsində olduğu yerdən götürüblər.


Hüquq-mühafizə orqanlarının etdiyi açılamada adamın öldürüldüyü otaqda çoxlu sayda bıçaq tapıldığı və aşağı salınmadan əvvəl öldürüldüyü açıqlanıb. Dəqiq ölüm səbəbinin isə aparılan araşdırmadan sonra açıqlanacağı bildirilib.


Nə düşünürsən?