Rusiya səfirini öldürənlərin istintaqı başa çatıb - Məhkəmə başlayır

  • 16.11.2018
  • 0

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun silahlı hücum nəticəsində öldürülməsinə dair istintaq başa çatıb.


FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ankarada 19 dekabr 2016-cı ildə iştirak etdiyi bir sərgidə məruz qaldığı silahlı hücum nəticəsində dünyasını dəyişən Karlovun öldürülməsi ilə bağlı istintaq aparan Respublika Prokuroru Adəm Akıncı iddianaməni tamamlayıb.


Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosuna təqdim olunan ittihamnamə təsdiq olunduqdan sonra məhkəməyə göndəriləcək.


Xatırladaq ki, səfir, Mövlud Mərd Altıntaş adlı keçmiş polis əməkdaşının silahlı hücumu nəticəsində dünyasını dəyişmiş, Altıntaş özü isə polis tərəfindən vurularaq öldürülmüşdü.


Cinayətlə bağlı istintaq çərçivəsində sərginin təşkilatçısı, bəzi polislər və Altıntaşın FETÖ-dən tanıdığı dostu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin keçmiş  əməkdaşı Şahin Söğütün də daxil olduğu 9 nəfər həbs olunmuşdu.

Nə düşünürsən?