Elşad Miri:“Quran”da da spirtli içki içməyə görə cəza yoxdur”

  • 26.10.2018
  • 0

Azərbaycanda tanınmış dindarın içki məclisindən fotosu müzakirələrə səbəb olub.


Unikal.org xəbər verir ki, İçərişəhər "Cümə məscidi" dini icmasının sədri, ilahiyyatçı hacı Surxay Həsənlinin işirak etdiyi məclisdə foto çəkilib.


Fotodan görünür ki, ilahiyyatçının qonaq olduğu stolda spirtli içki var.


Məsələ ilə bağlı hacı Surxayla əlaqə saxlanılıb. O, sözügedən iddialara cavab verib: "Mənə atılan böhtana cavab verirəm. Biz ailəvi dostumuzun evində olanda bu sulardan istifadə etmişik. Mən 7 yaşından Quran oxuyram. Ömrümdə bir gün də olsun ki içki məclisində oturmamışam. Bunu mən möminlər üçün yazıram ki, sui-zən olmasınlar". 

Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən ilhaiyyatçı Elşad Miri sözlərinə görə, “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəzanın olmadığı bildirilib.


“İlhaiyyatçının spirtli içki məclisində iştirak etməsini müzakirə edən şəxslər dini düşüncədən yoxsuldurlar. İslam peyğəmbəri büdpərəstlərin, Allaha ortaq qoşan şəxslərlə bir yerdə oturub onlara haqqı çatdırırdı. Halbuki Allaha şərik qoşmaq ən böyük günahdır. Amma “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəza yoxdur. Ona görə də biz kimik ki içki məclisində olan şəxs haqqında fətva verək”.

Nə düşünürsən?