Konsulluqdakı 9 saatlıq araşdırma başa çatdı

  • 16.10.2018
  • 0

“Washington Post” yazarı, səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının axtarılması ilə bağlı yaradılan birgə araşdırma komandası Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğuna gəlib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, səudiyyəli qrup türkiyəli heyətdən sonra binaya daxil olub. 

Qeyd edək ki, Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına daxil olduqdan sonra yoxa çıxıb. Ər-Riyad hökumətinə müxalifliyi ilə seçilən Qaşıqçının öldürülməsi ehtimalı var.

Nə düşünürsən?