Ramzan Kadırov Nurməhəmmədov ilə görüşüb

  • 12.10.2018
  • 0

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

Oxu.Az xəbər verir ki, çeçen başçı hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov Fondu adından bağışlayıb.

Bundan başqa, o, Həbibin atası olan məşqçisi Əbdülmanaf Nurməhəmmədova Çeçenistanın “Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.

Nə düşünürsən?