Rusiyanın kosmosa buraxdığı raket

  • 11.10.2018
  • 0

Rusiyanın Baykonur kosmodromundan kosmosa buraxdığı və MKS üçün yeni ekipaj daşıyan "Soyuz MS-10” raketi qəzaya uğrayıb.

Sfera.az
 xəbər verir ki, raketin buraxılışı canlı yayımlanıb. Kosmik gəmidə Roskosmosun kosmonavtı Aleksey Ovçininin və amerikalı astronavt Nik Heyqin olduğu bildirilir.

Kosmik gəmi ekipajının Qazaxıstanda qəza enişi etdiyi bildirilir. Ovçinin xilasetmə komandası ilə rabitə saxlayıb. İlkin məlumata görə, qəza birinci pillənin ayrılmasından sonra baş verib.

Kosmonavtların axtarışı üçün dörd Mi-8 vertolyotu göndərilib.

Kosmonavtların kosmosda 187 sutka qalması planlaşdırılırdı. Ovçinin digər rusiyalı kosmonavt Sergey Prokopyevlə noyabr ayının ortalarında açıq kosmosa çıxmağı planlaşdırırdı.