Futbolçular penalti təyin edən hakimi döydülər - VİDEO

  • 25.09.2018
  • 0

İndoneziyanın ikinci divizionunda çıxış edən “Qresik Yunayted” və “Persiv Vamen” klubları arasında baş tutan qarşılaşmada xoşagəlməz hadisə yaşanıb. 

Oxu.Az xəbər verir ki, hakim klublardan birinin qapısına penalti təyin edib.

Bu, qarşılaşmanın 90-cı dəqiqəsində baş verib. Futbolçular hakimin bu qərarından narazı qalıblar və hakimi döyüblər. 

Hadisənin videosu sosial şəbəkədə yerləşdirilib. 

İnsidentdən sonra iki futbolçu meydandan qovulub. Təyin olunmuş penalti isə ləğv edilməyib.