Müğənni Roza Zərgərli Qazaxıstanın qərb bölgəsində keçirilməsi planlaşdırılan konsertini ləğv etdiyini açıqlayıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Müğənni Aktauda baş verən təyyarə qəzasının qurbanlarını anaraq onların ailələrinə dərin hüznlə başsağlığı verib:
"Təyyarə qəzasında tapılan soydaşlarımın yaxınlarına başsağlığı verirəm. Qazaxıstan bölgəsinə konsert turum başlayacaqdı. Amma mən hər şeydən imtina etdim. Atıraudakı konsertimi də ləğv etdim... Təyyarədə dostumun oğlu da olub. Həmyerlilərimə və qazax, rus, qırğız qardaşlarıma başsağlığı verirəm. Düşünürəm ki, qərarımı başa düşəcəksiniz. Mənə dəstək olan bütün dinləyicilərə təşəkkürümü bildirirəm."
Qeyd edək ki, qəza nəticəsində həyatını itirənlər arasında tanınmış qazax notariusu Qauhar Şaymerdenova və onun oğlunun da olduğu bildirilmişdi. Təyyarə qəzası bölgədə dərin üzüntü doğurub və bir çox tanınmış şəxslər bu faciə ilə bağlı başsağlığı mesajları yayımlayıblar.