İLK DƏFƏ! "Səudiyyə Ərəbistanında qadın..."

  • 22.09.2018
  • 0

Səudiyyə Ərəbistanında ilk dəfə rəsmi kanalda qadın aparıcı xəbərləri təqdim edib.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, dünən ölkənin rəsmi televiziya kanalı Saudi TV-də Viam ed-Dahil adlı qadın aparıcı tamaşaçıların qarşısına çıxıb. Aparıcı kanalın və yeni xəbərlər buraxılışının anonsunu həmkarı Ömər en-Neşvanla birlikdə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son dövrdə qadınlara avtomobil idarə etmək, idman yarışlarında stadionda iştirak etmək kimi yeni hüquqlar verilib.

Nə düşünürsən?