"La İlahə İl Allah" deyən şəxslə ora getdim" - Niyamdan ŞOK AÇIQLAMA

  • 19.09.2018
  • 0

Müğənni Samir Piriyevlə Niyam Salaminin bu il Antalyada qurduqları biznes "macəra"ları birdəfəlik başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Niyam aparıcı Zaur Kamalın məsələ ilə bağlı sualını cavablandırarkən deyib.

Müğənni həmkarı Samir Piriyevlə bağlı aparıcının suallarından yayınmağa çalışsa da, mümkün olmayıb. Niyam Samirlə şərikli biznesi ilə bağlı birinci və axırıncı dəfə açıqlama verəcəyini deyərək, bunu ayaq üstə söyləmək istədiyini deyib:

"İndi tamaşaçılar da bizi izləyir. Əgər mən səhv danışıramsa, desinlər mən səhv danışıram. Mən "La İlahə İl Allah" deyən şəxslə ora getdim, onunla yola çıxdım. Ondan başqa kimə inanım? Namaz qılan adama inandım, yanımda namaz qılırdı. Həmişə demişəm ki, namaz qılan insanlar məndən iki pillə qabaqdadır".

Nə düşünürsən?