DƏHŞƏTLİ QƏZA: "21 nəfər avtobus qəzasında həlak oldu"

  • 19.09.2018
  • 0

İranın İsfahan əyalətində ağır yol qəzası baş verib.

Metbuat.az-ın İran Dövlət televiziyasına istinadən məlumatına görə, Tehran-Kirman marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yanacaqdaşıyan yük avtomobiliylə toqquşması nəticəsində 21 nəfər həyatını itirib. 30-a qədər yaralı var. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, toqquşma zamanı zərbənin təsirindən güclü yanğın baş verib. Nəqliyyat vasitələrinin hər ikisi tamamilə yanıb. Hadisəyə avtobus sürücününün səbəb olduğu güman edilir. Qəza barədə araşdırmalar davam edir.

Nə düşünürsən?