Rusiyada polislər insanlara hücum edən ayını öldürdülər

  • 16.10.2017
  • 0

Rusiyanın Voronej vilayətində ayının insanlara hücum çəkməsi faciə ilə başa çatıb. Oxu.Az 1tv.ru-ya istinadən xəbər verir ki, hadisə yaşayış ərazisində baş verib. Nəhəng ayı saxlanıldığı özəl zooparkdan qaçaraq yaşlı kişiyə və sahibinə hücum çəkib. 87 yaşlı Böyük Vətən müharibəsi veteranı hücum nəticəsində dünyasını dəyişib, ayının sahibi isə ağır yaralanıb. Olay yerinə gələn polislər 300 kq-lıq heyvanı 9 dəfə atəş açdıqdan sonra dayandıra bilib. Qonşuların sözlərinə görə, bu həmin zooparkda baş verən ilk belə hadisə deyil.

Nə düşünürsən?