Bakıda avtobusda qadının arxasına toxundular: dava düşdü

  • 17.08.2018
  • 0

Sosial şəbəkələrdə ictimai nəqliyyatda baş vermiş münaqişəni əks etdirən görüntülər geniş müzakirə olunur.

Minval.İnfo xəbər verir ki, kadrlarda avtobusda hərəkət zamanı gənc qız tanımadığı kişinin ona təcavüz etdiyini, daha dəqiqliklə arxadan toxunduğunu iddia edir. 

Gənc qız polisə şikayət edəcəyini söyləyir. İyrənc əməli törətməkdə ittiham olunan yaşlı kişi isə bu hərəkəti qəsdən etmədiyini bildirir. Məsələ burasındadır ki, bəhs olunan kadrlar 2016-cı ilə aiddir. 

Qeyd edək ki, videokadrlarda əks olunan hadisə 2 il öncə qeydə alınsa da, görünür, son aylarda ictimai nəqliyyatda davranış qaydalarının pozulması ilə bağlı yaranmış münaqişələr məsələni yenidən gündəmə gətirib.

Minval.İnfo

Nə düşünürsən?