Aşıq Namiq: "Onu apardım Yasamal qəbirstanlığına, başa saldım"

  • 10.07.2018
  • 0

Tanınmış aşıq Namiq Fərhadoğlu ATV-də aşıq Fəzail Miskinli ilə davasından danışıb.

Minval.info xəbər verir ki,  Namiq həmkarını verilişdən sonra söhbətə çağırdığını və başa saldığını deyib.

O bildirib ki, aşıq Fəzail səhvini başa düşüb: "Onun ədəbsizliyini, keçi kimi atılıb-düşməyini gördünüz. Vuran oğlan demir, vurur. Mən efirdə ona söz demədim. Çünki tərbiyəm var. Verilişdən sonra onu apardım Yasamal qəbirstanlığına, orada söhbəti etdik, sözümü dedim. Efirdə ona aşıq demədiyim üçün məndən incimişdi, onunla üzbəüz söhbət edib, başa saldım. Sonda da əlimi sıxıb, çıxıb getdi".

Həmin çıxışı təqdim edirik:

Nə düşünürsən?