Damla "Şakiraya bənzəyir" fikirinə qulağını çəkib

  • 14.05.2018
  • 0

Damlanın Şakiraya bənzədilməsi şou-aləmində səs-küy yaradıb.

Metbuat.az-ın məlumatına görə, “ATV maqazin onlarla” proqramında müğənni Samir Piriyev Damlanı dünya ulduzu Şakiraya bənzədib. Bu fikir şou aləmində birmənalı qarşılanmayıb. Etiraz edən müğənnilərdən biri də Nadiq Qafarzadə olub.

“ Bu fikir Damla üçün tez oldu məncə. Yəqin Samir şirinlik edib.”

Müğənni Damla isə səs-küy yaradan fikirə belə münasibət bildirib:

“Axır ki, bu aləmdən kimsə mənə də dəstək oldu. Buna çox sevindim. Samir mənim səsimdəki müəyyən bir çaları Şakiranın səsinə bənzədib. Əsla mən heç vaxt Şakiraya bənzəyə bilmərəm. Çünki məni sevən insanların 90%-ni itirə bilərəm. Allah eləməsin."

Nə düşünürsən?