"Rəsmi nikahım yoxdur" - "Pişik" Günel

  • 14.05.2018
  • 0

Müğənni Günel Ələkbərova şəxsi həyatı barədə açıqlamalar verib.
 
"Atv maqazin onlarla” ya danışan Günel bildirib ki, rəsmi nikahı yoxdur. O, qızının atasının başqa ailəsi olduğunu etiraf edib:
"Bəli, ailəlidir. Heç kimin ailəsini dağıtmamışam. Əsla etmərəm. Məndən öncə nə olubsa, onun mənə aidiyyatı yoxdur. Qızım üçün yaşayacam. Hər zaman bahalı maşınlarım olub. İndi maşınım yoxdur, avtobusdan da istifadə edə bilərəm. Bundan utanmıram da.
Rəsmi nikahım yoxdur, kəbin var. Əsas odur ki, övladım halallıqla dünyaya gəlib. Qızıma görə heç də peşman deyiləm. Övladımın anası da, atası da yanındadır".

Nə düşünürsən?