Ferhat Göçer Gəncədə konsert verdi

  • 11.05.2018
  • 0

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olnumuş konsert keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Zəfər Tağının önündə təşkil olunan konsertdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra Türkiyənin sevilən müğənnisi Fərhat Göçer Gəncə tamaşaçıları qarşısında möhtəşəm performans sərgiləyib. Öz şəxsi ansamblının müşayiəti ilə ən hit mahnılarını səsləndirən türkiyəli sənətçi tamaşaçıları coşdurmağı bacarıb.
Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında dediyi, “bir millət iki dövlət” fikrini xatırladan Ferhat Göçer Gəncədə özünü çox rahat və doğma məkandakı kimi hiss etdiyini deyib.

O,  konsert zamanı Azərbaycanın bəstəkar və xalq mahnılarına da müraciət edib. Müğənninin ifa etdiyi “Gəncədən gəlirəm”, “Olmaz-olmaz”, “Gəl ey səhər” və “Xalq Heydər söyləyəcək” kimi mahnılar alqışlarla qarşılanıb.

Konsertdə Gəncə Dövlət Filarmoniyası, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi də çıxış edib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.