2039-cu ilin Üçüncü Reyx sikkəsinin sirri

  • 10.05.2018
  • 0

Meksikada tapılan bir sikkə bütün dünyanı şoka salıb.

 “Ölkə.Az” xəbər verir ki, üzərində Üçüncü Reyxin simvolları olan pul 2039-cu ilə aiddir. Görəsən bu tapıntı paralel dünyaların mövcudluğundan bəhs edirmi?

Bəlkə bu sikkə dünyamıza başqa dünyadan-Almaniyanın İkinci Dünya Müharibəsində qələbə qazandığı, Üçüncü Reyxin bütün planeti tutduğu dünyadan gəlib? Bəlkə gələcəkdən gəlib?

Meksikalı Dieqo Aviles tikinti meydançasında tapdığı bu sikkə bir çox suallara səbəb olub.

Dieqo qeyd edir ki, tapdığı pulun reyxsmark (Üçünçü Reyxin pul vahidi) olduğunu, üzərindəki svastika və tarixi görəndə şok keçirib.
2039 rəqəmində 2 rəqəmi praktiki olaraq silinib. Amma Dieqo əmin edir ki, orada məhz 1 yox, 2 rəqəmidir. Bundan başqa o dövrün reyxsmarkları başqa görüntüyə sahib olub.

Sikkə gümüşdən hazırlanıb. Onun saxta və ya real olduğunu müəyyənləşdirmək üçün ciddi ekspertiza aparmaq lazımdır. Bundan başqa sikkənin üzərində svastika və tarixdən başqa hər iki tərəfdə yazı var. Qartal svastikalı hissədə “Nueva Alemania”, yəni “Yeni Almaniya” yazılıb. Meksikadakı kiçik qəsəbədə 2010-cu ildə cəmi 5 nəfər yaşayırdı. Onu isə 1920-ci illərdə alman miqrantlar salıblar.

Nə düşünürsən?