6 uşaq anası olan qadını dəhşətli şəkildə öldürdülər

  • 10.05.2018
  • 0

Hondurasda 42 yaşlı qadın evinin yaxınlığından qaçırılaraq öldürülüb.

6 uşaq anası olan qadının şeytani bir ritual ilə öldürüldüyü məlum olub.

Metbuat.az xəbər verir ki, qadının cəsədi evindən təxminən 150 mil uzaqlıqdakı Karralitos kəndində tərk edilmiş bir evdə tapılıb. Cəsəd pentagram adlanan 5 bucaqlı ulduz fiqurunun içində, qara köynək geyinmiş halda tapılıb. Qadının hər iki ovuc içində də həmin simvol olub.

Bundan başqa polis hadisə yerində tərs taxta xaç, tarot kartları da tapıb.

Qadının mədəsinin dəfələrlə bıçaqlandığı bildirilib. Kənd sakinləri hadisə yerindən qara geyimli 5 adamın çıxdığını deyib. Honduras polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Nə düşünürsən?