Məşhur türkiyəli cütlüyün bu fotoları izləyənləri əsəbiləşdirdi

  • 08.05.2018
  • 0

Aktyor Burak Özçivitlə aktrisa xanımı Fahriye Evcen Afrikada tətildədirlər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük istirahətdə çəkilmiş şəkillərini tez-tez izləyiciləri ilə bölüşür. Onların sonuncu dəfə yatırılmış bəbirlə çəkdirdikləri foto sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər Fahriyenin hesabında yerləşdirdiyi fotonun altına “Siz şəkil çəkdirəcəksiniz deyə, heyvanı o günə qoymaq olar?” kimi şərhlər yazıblar.

Nə düşünürsən?