Sumqayıt Koroğlu prospekti

  • Bu gün 17:09
  • 0

Sumqayıt sakinləri şəhərin küçələrində yaranan xaosdan narazıdır.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə Sumqayıt şəhəri Koroğlu prospektində sürücülərin yaratdığı vəziyyət artıq sakinlərin narahatlığına səbəb olur. Belə ki, prospekt boyu uzanan səkilərdə “065 CARS” adlı müəssisə avtomobil satışı həyata keçirir, bir başqa müəssisələrin önündəki səkidə isə nizamsız parklanan avtomobillər piyadaların, xüsusən uşaqlı valideynlərin hərəkətinə maneə yaradır. Piyadalar səkidə hərəkət mümkün olmadığı üçün məcbur qalıb yolun avtomobillərə aid hərəkət hissəsinə çıxaraq həyatlarını təhlükəyə atırlar.

Sakinlər aidiyyəti qurumların vəziyyəti nəzarətə götürmələrini və tez müddətdə həll etmələrini tələb edir.

Nə düşünürsən?