Yol polisi "Formula-1"

  • Dünən 14:01
  • 0

Sentyabrın 23-dən 26-dək Bakı şəhərində keçiriləcək “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Avtosfer.az xəbər verir ki, dünəndən yol polisi əməkdaşları məhdudiyyət tətbiq olunan ərazidə gücləndirilmiş iş rejimində davam etdirirlər.

“Formula-1” yarışlarının keçirildiyi küçələrə - Xəqani, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov küçələrinə paralel yerləşən Dilarə Əliyeva küçəsində də yol polisi əməkdaşları sürücülərin rahat hərəkətini təmin etmək üçün səhər saatlarından etibarən qeyd edilən küçələri nizamlamağa başlayıb. Bununla yanaşı yol polisi əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrlə bəzi hissələrdə sürücülərə əks zolaqda hərəkət etməyə şərait yaradılıb.

Nə düşünürsən?