Sumqayıtda küçə vəziyyəti

  • Bu gün 18:10
  • 0

Sumqayıt şəhərində yolların istiqamətlərini ayıran yaşıllıq zolaqları təhlükə mənbəyinə çevrilib.

Avtosfer.az xəbər verir ki, şəhərin Nizami küçəsində vəziyyət o qədər pisləşib ki, adi hallarda qəza şəraiti yaranır. Belə ki, küçənin 1 nömrəli orta məktəbin qarşısından keçən hissəsində yaşıllıq zolağını təşkil edən kollar o qədər hündürləşib ki, yolu keçmək istəyən piyadaları görmək mümkün olmur. Məktəbin qarşısındakı piyada keçidinə yaxınlaşan piyada həm sağdan, həm də soldan gələn avtomobilləri görmür. Kolun arxasından qəfil yola çıxan piyada isə sürücülər üçün təhlükə ifadə edir. Üstəlik səkinin kənarı ilə əkilən ağacların budaqları da yol nişanlarının önünü kəsdiyi üçün sürücülər sürəti yalnız “zebra”ya çatanda azalda bilirlər.

Nə düşünürsən?