Məsciddən nəzir qutusu oğurlandı

  • 06.03.2018
  • 0

Məscidin sədəqə qutusu oğurlanıb. Rüsvayçı hadisə Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində baş verib. Müşahidə kameralarına düşmüş görüntülərdən qara rəngli gödəkçə və açıq rəngli ayaqqabı geyinmiş bir gəncin məscidə girərək nəzir qutusunu çəkinmədən götürüb apardığı məlum olur. Hazırda məscidin ziyarətçi və gözətçiləri oğrunu axtarırlar. Onun əlamətləri: boyu -180 sm, arıq bədənli, görünüşdən 20-25 yaşda, çənəsi irəli çıxıntılı, burnu sınıqdır.Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Pyatiqorsk şəhər idarəsi məscid oğrusunun müəyyənləşdirilməsi və şübhəlinin saxlanılmasına yönəlmiş kompleks əməliyyat-axtarış tədbirləri aparır.

Nə düşünürsən?