Latviyada keçirilən və Facebookdan canlı yayımlanan şouda ərzaq ehtiyatları tükənərsə ola biləcəklərə diqqət çəkmək üçün iki adamın kürəyindən kəsilən ət bişirilərək iki könüllüyə verilib. Moderator.az xəbər verir ki, canlı yayımda iki könüllünün bədənindən ət parçası kəsib bişirən, daha sonra isə ətləri özlərinə yedizdirən şef aşpaz ilə bağlı istintaq başladılıb. Neştər istifadə edərək iki adamın kürəyindən bir parça ət kəsən adam bu işi edərkən hər hansı bir keyitmə üsulu da istifadə etməyib. Daha sonra ətləri tavada bişirərək könüllülərə yedizdirib. “Eschatology”adı verilən aksiyanın məqsədinin qlobal ərzaq ehtiyatları tükəndiyi zaman bəşəriyyətə nə olacağını vurğulamaq olduğu bildirilib.