Dünya 11 ildir sahibinin məzarından ayrılmayan bu itdən danışır...

  • 24.02.2018
  • 0

Argentinanın Vilya Karlos Pas şəhərində "Kapitan" ləqəbli alman ovçarkası 11 il öz sahibi Migel Quzmanın qəbrindən aralanmayıb. Bu barədə 2006-ci ildə ölən şəxsin yaxın qohumları bildiriblər. Migel Quzman öləndən sonra it evdən qaçıb. Migelin yaxınları onun itdiyini düşünsələr də, "Kapıtan"ı 11 ildən sonra Migelin qəbrinin yaxınlığında tapıblar. Qəbristanlığın direktoru faktı təsdiq edib. O, itin sahibinin qəbri yaxınlığında olduğunu, qəbri heç vaxt uzun müddətə tərk etmədiyini deyib.

Nə düşünürsən?