Aya səyahətlə bağlı yeni yalan üzə çıxdı

  • 23.02.2018
  • 0

Dünyaca məşhur ufoloq Corc Qrehem ABŞ-ın Ay proqramı ilə bağlı yeni məlumat yayıb. O, ABŞ-ın kosmik gəmisinin Aya enmə anını əks etdirən görüntüləri araşdırdığını bildirib: “ABŞ-a məxsus “Apollon-15” gəmisinin enişi zamanı qəribə hadisə ilə qarşılaşdım. 1971-ci il iyulun 30-da çəkilmiş görüntülərdə astronavtlar Devid Skottun və Ceyms İrvinin Ayda bayrağı sancmaq üçün süxur axtardığı aşkar şəkildə görünür. Çox təəccüblüdür ki, izləyicilərin bəziləri bir faktı hələ də aşkar etməyiblər. İrvin bayrağı yerə vuranda yaranan səs fərqi aydın nəzərə çarpır. Ayın atmosferi fərqli olduğu üçün səslər orada vakuumda olduğu kimi çıxmır. Bu isə NASA-nın növbəti yalanının üzə çıxması deməkdir”.

Nə düşünürsən?