Ayı zoopark işçisinə hücum çəkib öldü

  • 31.10.2020
  • 0

Rusiyada ayı zoopark işçisinə hücum çəkib. BiG.AZ "360 Novosti"yə istinadən xəbər verir ki,hadisə Kursk şəhərində baş verib. Həmin gün 50 yaşlı xadimənin ikinci iş günü olub. Volyerin yanında yerləşdirilən müşahidə kamerasından göründüyü kimi, qadın qəfəsə yaxınlaşan zaman ayı onun qolundan yapışaraq içəri çəkir. Qışqırığa onun həmkarları gəlir və taxta çubuqlarla ayını uzaqlaşdırırlar. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Heyvan isə volyerdə ölüb: ayını qadından uzaqlaşdırarkən ağacın iti ucu heyvanın ağciyərini zədələyib. Zoopark direktorunun sözlərinə görə, ayı iki il onlarda olub. Heyvan bu müddət ərzində özünü çox sakit aparıb. Hazırda polis qadının volyerə niyə yaxınlaşdığını araşdırır.

Nə düşünürsən?