Nobel mükafatının mükafat məbləği nə qədərdir?

  • 25.09.2020
  • 21 baxış
  • 0

Nobel mükafatının mükafat məbləği nə qədərdir? 1901-ci ildən bəri hər il verilən Nobel mükafatının mükafat məbləği bu mükafatı verən Nobel Fondunun hər il nə qədər pul verə biləcəyindən asılıdır. Nobel Fondunun İdarə Heyətinin açıqlamasına görə bu ildən – yəni 2020-ci ildən Nobel mükafatı laureatlarının hər biri əlavə 1 milyon İsveç kronu (SEK) alacaqlar. Açıqlamada bildirilir ki, fondun maliyyə vəziyyətini gücləndirmək üçün son illər görülən işlər mükafatın miqdarını artırmağa imkan yaradıb. Ona görə də 2020-ci ildəki Nobel mükafatının hər kateqoriyası üçün məbləğin 10 milyon İsveç kronu olacağına qərar verilib. Bu isə mükafat kateqoriyası üzrə ötən illə müqayisədə 1 milyon İsveç kronu məbləğində artım deməkdir. Qeyd edim ki, Nobel mükafatının məbləğinin daha əvvəllər də 10 milyon İsveç kronu olduğu illər olub. Məsələn, 2001-ci ildən belə idi. Lakin həmin məbləğ 2012-ci ildə 10 milyondan 8 milyon İsveç kronuna endirilmiş, 2017-ci ildə isə 8 milyondan 9 milyon İsveç kronuna qaldırılmışdır. Bildirim ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə hazırda 1 İsveç kronu 0.1869 AZN-ə bərabərdir ki, 10 milyon İsveç kronu da 1869000 manat edir (25.09.2020). Musiqi: Behold the Sun Rəqs & Elektron Dramatik Topher Mohr and Alex Elena 3:36 sen 2013 TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk ➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw ➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw ➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno ➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM ➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY ➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs ➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI ➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk Musiqi: YouTube Library

Nə düşünürsən?