ABŞ-da yeni tədris ili başladı

  • 17.09.2020
  • 1.6K baxış
  • 0

Dərslər dekabr ayına qədər onlayn formada keçiriləcək Merilend ştatında dərslər avqust ayının sonunda başlayıb. Amma dərslər evdən onlayn rejimdə qoşulmaqla keçirilir. "Mən uşaqların məktəbdə dərslərə qatılmağının tərəfdarıyam. Çünki onlar müəllimləri ilə üz-üzə olub, sual verə bilərlər sinif yoldaşları ilə dostluq edə bilirlər. Tənəffüs zamanı birlikdə oynayırlar və bu onlar üçün daha maraqlıdır. Evdə isə həmişə kompüter qarşısında olurlar və bu onlar üçün darıxdırıcı olur. Həftədə 5 dəfə günümüz səhər saat 8 də səhər yeməyi ilə başlayır. Sonra saat 9 da hər kəs kompüterinin qarşısına keçir və onlayn dərslər başlayır. Günorta 1 saat fasilə olur bir az dincəlib yenə saat 2 və ya 3 ə qədər onlayn dərslərə davam edirlər. Məktəblərdə dərslərin nə vaxt başlayacağı tarixi hələ bilmirik. Dekabr ayına qədər hələ belə davam edəcək. Dərslər başlamazdan əvvəl evdən onlayn qoşulmaq üçün hər bir uşağa kompüter verilib. hətta əlavə kompüter də verilib hər ehtimala qarşı. Kitablar göndərilib. Dəftər qələm verilib. Bir çox şeyləri isə özümüz almışıq. Burada onlar üçün musiqi dərsi otağı da yaratmışam. Arzu edən ailələr hər gün məktəbdən uşaqları üçün pulsuz verilən səhər yeməyi, nahar və şam yeməyini götürə bilərlər. Bizə hər üç uşaq üçün həftədə 5 dəfə ayrıca yemək verilir. Kiçik qızıma görə iş qrafikimi axşam növbəsinə dəyişmək məcburiyyətində qalmışam. Çünki o hələ balaca olduğu üçün kompüterdən istifadə edə bilmir və mən bütün dərs vaxtı onun yanında oluram. Müəllim nə qədər başa salsa da, ekranın bu tərəfində mən kömək etməli və başa salmalı oluram", - deyə valideyn Gülçöhrə Fazilova bildirib.

Nə düşünürsən?