Rusiyaya gedənlərə şad xəbər

  • 17.09.2020
  • 222 baxış
  • 0

Rusiya hökuməti ölkəyə giriş qaydalarına dəyişiklik edib. Publika.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının qohumları ölkəyə gələn zaman 1 ilədək uzunmüddətli viza ala biləcəklər. Qeyd edək ki, Rusiya vətəndaşlığı ilə qohumluluğundan asılı olmayaraq xarici vətəndaşlar ölkəyə gələn zaman 90 gün qalmaq imkanına malik idilər. Daha sonra isə həmin vətəndaş Rusiya sərhədini tərk etməli idi. Ümumilikdə, xarici vətəndaşa 365 gün ərzində 180 gün Rusiyada qalmağa icazə verilirdi. Bu qaydalar əmək patenti olmayanlara şamil edilirdi.

Nə düşünürsən?