ABŞ-da ölü sayı 30-a çatır

  • 14.09.2020
  • 0

ABŞ-ın qərb ştatlarında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 30-a yaxınlaşır. Qazet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bölgədə azı 100 yanğın ocağı var. Alovun genişlənməsinin qarşısını almaq üçün 17 min yanğınsöndürən cəlb edilib. Təbii fəlakət daha çox Kaliforniya, Oreqon və Vaşinqton ştatlarına ziyan vurub. 600 min sakin təxliyə edilib. Bildirilir ki, təkcə bu il Kaliforniyada baş verən yanğınlar nəticəsində 1 milyon 250 min hektar meşə ərazisi kül olub. Prezident Donald Tramp fəsadların aradan qaldırılması bütün imkanların səfərbər olunacağını bəyan edib.

Nə düşünürsən?