Ukrayna səmasında Qarabağ sədası

  • 06.09.2020
  • 0

Ukraynada Qarabağ Azərbaycandır adlı aksiya keçirildi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə Ukraynada Azərbaycan həqiqətlərini ukraynalılara çatdırmaq üçün və Ukrayna ictimaiyyətinin diqqətini Qarabağ probleminə çəkmək üçün qeyri adi aksiya keçirilib. Üzərində Qarabağ Azərbaycandır yazısı olan hava balonu Kiyev vilayəti üzərində səmaya qaldırılıb. Ukraynada hava balonlarına çox böyük maraq var və Ukrayna səmasında üzərində müxtəlif şüar və ya reklam yazıları olan hava balonlarının üzməsinin tez tez şahidi olmaq olar. Bəli bəli, üzməsinin. Hava balonlarının pilotları öz üçüşlarını havada üzmək adlandırırlar. İlk hava balonu səmaya 1783-cü ildə Parisdə, Monqolfye qardaşları tərəfindən qaldırılıb. O zamandan bəri yüzillər ötsədə, təyyarə və helikopterlərin uçuşları adi hala çevrilsədə, hava balonlarının səmada görünməsi yenədə insanlar tərəfindən maraqla və sevinclə qarşılanır. Elə bu marağı da nəzərə alaraq, Ukrayna azərbaycanlıları Qarabağ Azərbaycanındır aksiyasını keçirmək qərarına gəldi.

Nə düşünürsən?