İlham Əliyevdən səfirə tərs SİLLƏ

  • 05.09.2020
  • 0

"Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnaməsini qəbul edərkən çox vacib məsələlərə toxundu, önəmli fikirlər səsləndirdi." Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Yeni Media internet televiziyasına açıqlamasında bildirib. Onun sözlərinə görə İlham Əliyevin söylədikləri səfirə tərs sillə effekti verdi. Sitat: “Dövlət başçısının Yunanıstanın ünvanına söylədiyi tənqidlər səfirə, səfirin qismində bu dövlətə ciddi bir mesaj idi. İlham Əliyevin qaldırdığı məsələ iqtisadi mahiyyət daşımaqla yanaşı həm də ciddi siyasi anlam da verirdi. Prezident ölkəmizin milli maraqlarını sərt bir şəkildə müdafiə etdi. Bu çıxış Ermənistana dəstək olan, onunla ciddi əməkdaşlıq edən Yunanıstana Azərbaycan tərəfindən edilən ciddi xəbərdarlıq idi. Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Çünki Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir”. Mübariz Göyüşlü hesab edir ki, dövlət başçısının Türkiyə ilə bağlı səsləndirdikləri təqdirəlayiqdir. Mübariz Göyüşlünün sözlərinə görə hər zaman, hər məqamda, hər platformada Azərbaycanı şərtsiz müdafiə edən Türkiyəyə dəstəyin Prezident İlham Əliyev səviyyəsində ifadə olunmasının verdiyi mesaj budur: Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanındadır.

Nə düşünürsən?