Ramiz Mehdiyevin “toy inqilabı”nın ŞOK DETALLARI

  • 23.08.2020
  • 66.3K baxış
  • 0

Azərbaycanda karantin rejiminin tətbiq olunduğu, toy və yas mərasimlərinin keçirilməsinin qadağan olunduğu bir vaxtda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinə toy etməsi cəmiyyətdə haqlı narazılıq doğurub. Toy məraisimində deputat Siyavuş Novruzovun, onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyevanın, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun, sabiq nazir Ziya Məmmədovun, onun qardaşı, keçmiş deputat Elton Məmmədovun və digər tanınmışların iştirakı, bu toyun şəkillərinin mediada, sosial şəbəkələrdə yayılması ölkə gündəminə bomba kimi düşüb. Bir sıra ekspertlər bu hadisəni iqtidar daxilindəki 5-ci kolonun “toy inqilabı” kimi xarakterizə edib. Şərhlərə görə toy adı ilə bir araya yığışanların məqsədi hansısa qrup və fərdi maraqlarını həyata keçirmək üçün planlar cızmaq da olub. Belə ki, toyun keçirilməsi ilə bağlı şəkil və videoların mərasimi təşkil edənlər tərəfindən bilərəkdən mediada yayılması da ehtimallar arasındadır. Məqsəd toy edənlərin, ora yığılanların Prezident İlham Əliyevə qarşı getdiklərini açıq şəkildə göstərmək, dövlətə qarşı güc nümayiş etdirə biləcəklərini üstüörtülü şəkildə cəmiyyətə göstərməkdir. Yəni bu şəxslər insanlara demək istəyirlər ki, dövlətin karantin tətbiq etməsinə, Prezident İlham Əliyevin bu mövzularda dəfələrlə cəmiyyətə tövsiyyələr verməsinə baxmayaraq onlar istədiklərini edə bilirlər. Bununla da, keçirdikləri “siyasi toy” vasitəsilə cəmiyyətdə, vətəndaşlarda Prezidentə qarşı, onun qərarlarına qarşı inamsızlıq, etimadsızlıq mühiti formalaşdırmaq istəyirlər. Akademik Ramiz Mehdiyev belə bir məqamda bu cür mərasim təşkil etməklə hələ də dövlətə təsir imkanlarını saxladığını, dövlətin qərarlarına qarşı getmək gücü olduğunu nümayiş etdirmək istəyir. Digər rəsmi şəxslərin iştirakı isə onların Prezidentin yanında və komandasında olduğunu deyil, dövlət başçısının qərarlarını qəsdən gözdən salmaq niyyətində olanların yanında olduqlarını göstərir.

Nə düşünürsən?