Kaliforniyada güclü yanğın

  • 22.08.2020
  • 34 baxış
  • 0

Kaliforniya hökuməti evlərinə təbiət yanğınlarından təhlükə dəyə biləcək 119 mindən çox sakinin təxliyə edilməsi barədə göstəriş verib. TASS xəbər verir ki, bunu qubernator Qevin Nyusom mətbuat konfransında deyib. Konfrans qubernatorun "Twitter” səhifəsində yayımlanıb. Qubernatorun məlumatına əsasən, Kaliforniyanın şimalında təbiət yanğınlarının ocağı 367-dən 560-a çatıb. Sahəsi 312 min hektar olan ərazi yanıb. Yanğınla mübarizədə 12 mindən çox yanğınsöndürən səfərbər edilib, mindən çox maşın, 241 buldozer, 88 vertolyot və 24 təyyarə cəlb olunub. Təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb. Avqustun 18-də qubernator Qevin Nyusom anomal istilər və yanğınlar səbəbindən ştatda fövqəladə vəziyyət elan edib. Həmin gün Ölüm vadisində havanın temperaturu +54,4 °C olub./Publika.az

Nə düşünürsən?