Fəttah Heydərov vəfat etdi | Fəttah Heydərov kim idi?

  • 04.08.2020
  • 0

Fəttah Heydərov vəfat etdi | Fəttah Heydərov kim idi? Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Səməd oğlu Heydərov bu gün – 4 avqust 2020-ci ildə, səhərə yaxın vəfat edib. Qeyd edim ki, Fəttah Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. Fəttah Heydərov 23 fevral 1938-ci ildə Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. O, 1955-ci ildə Nehrəm kənd orta məktəbini bitirib. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güdneyt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı olub. 1976-cı ildən Naxçıvan MR Əhaliyə məişət xidməti naziri, 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin I katibi, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR mədəniyyət naziri vəzifələrində işləyib. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1995-ci ildən isə bütün 6 çağırışda da Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilmişdi. Parlamentin Hesablayıcı komissiyasının sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü idi. 1975-ci ildə “Şərəf nişanı”, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf”, 2018-ci ildə “İstiqlal” ordenləri ilə və digər təltiflərlə təltif edilib. Fəttah Heydərov bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət etsin! Musiqi: Things Are Going Southampton Hip Hop & Rep Kədərli Verified Picasso 1:38 yan 2020 TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk ➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw ➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw ➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno ➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM ➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY ➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs ➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI ➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk Musiqi: YouTube Library

Nə düşünürsən?