"Kaş kifir olardım, amma xoşbəxt olardım" - Afaq Gəncəli

  • 04.08.2020
  • 0

Aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı olub. BiG.AZ xəbər verir ki, o, şəxsi həyatla bağlı sualları cavablandırıb. Afaq bildirib ki, efirə çıxan bir xanımın ailə qurması çətindir: "Televiziya qədirbilməz sahədir. Yaxşılıq tez unudulur. Əgər aparıcısansa, şöhrətin də olacaq. Bu aləmin puluna varmamışam. Beş il maaş almadan işləmişəm. Bundan şərəf duyuram, Azərbaycan Dövlət Televiziyasında çalışmaq fəxrdir. Peşəmi nə qədər sevsəm də, çox şeyi itirmişəm. Peşəmə görə xoşbəxtliyimin bir tərəfin itirmişəm, böhtanlara məruz qalmışam. Aparıcıların hamısından soruş, bunu deyəcəklər. Bu qadınların həyatları uğurlu deyil. "Onu milyonlar görürsə, mənim ailəmə layiq deyil" deyirlər. Hələ də bu fikirlə yaşayanlar var. Həyatda şanslı qadın olmaq lazımdır. Kaş kifir olardım, amma o qədər şanslı və xoşbəxt olardım ki... Mən də böyük sevgi yaşamışam.. Qovuşmursansa, bu da böyük sevgidir".

Nə düşünürsən?