Nəzakət Teymurova koronavirusdan sağalıb

  • 21.07.2020
  • 0

Bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurova sağalıb. Xezerxeber.az-ın məlumatına görə, müalicəsini tam bitirən sənətçi hazırda evindədir. Xalq artisti virusa harada və necə yoluxduğunu bilməsə də, bütün qaydalara əməl etdiyini deyir. 10 gün xətəxanada müalicə olunan Nəzakət Teymurova ən çox yaşlı anası və qızı üçün narahat olduğunu bildirib. Sənətçi deyir ki, heç kim bu xəstəlikdən sığortalanmayıb. Ona görə də insanlar diqqətli olmalı, özlərini maksimum qorumalıdırlar. Amansız xəstəliyə qalib gələn sənətçinin sözlərinə görə, keçirdiyi çətin günlərdə onun ən böyük dəstəkçisi Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva olub. Xalq artisti 10 gün qulluğunda dayanan fədakar həkimlərə, o cümlədən gecə-gündüz qayğısını çəkən tibb bacılarına da öz təşəkkürünü bildirib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?