Arif Qasımovun işdən çıxarılmasına səbəb GÖRÜN nə imiş

  • 11.07.2020
  • 0

Rastlaşdığınız hadisələri çəkin və bizə göndərin, biz sizin adınızdan paylaşaq (+99499) 399 00 36 Kanala dəstək olmaq üçün və xəbərlərdən məlumatlı olmaq üçün videolarımızı bəyənməyi, kanala abunə olmağı unutmayın! #QebeleTV #ArifQasımov #NizamiRİH Bildiyiniz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib. Arif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən günlərdə Nizami rayonunda yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir. Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər. Qeyd olunub ki, bəzi hallarda acgözlük, artıq tamah bütün mənəvi dəyərləri üstələyir. Vətəndaşlar üçün salınan bu parkda ot örtüyünün üzərində hansısa qazanc məqsədli obyektin tikilməsini, yəqin ki, başqa cür izah etmək mümkün deyil. Vətəndaşlar da belə vəziyyətdən məmnun deyillər. Bu gün səhər saatlarında isə sakinlərin də narazılığına səbəb olan obyek sökülüb. Bir müddət sonra isə Prezident İlham Əliyev rayonun icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Arif Qasımov bu posta 2015-ci ildə təyin olunmuşdu. Röya İsrafilova Qəbələ Tv

Nə düşünürsən?