Aİ-95 benzininin bahalaşmasının səbəbi bu İMİŞ - AÇIQLAMA

  • 01.07.2020
  • 0

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb, belə ki, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub. Yeniavaz.com xəbər verir ki, "SOCAR Petroleum" şirkətindən APA-ya bunun səbəbi haqqında məlumat verilib. Bildirilib ki, bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır. Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi. Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

Nə düşünürsən?