Hər gecə yatmazdan əvvəl bir stəkan su için

  • 27.06.2020
  • 0

Hər gecə yatmazdan əvvəl bir stəkan su için İnsan orqanizmindəki bütün metabolik proseslərin fəaliyyəti, qida maddələrinin lazımi yerlərə çatması və gündəlik tullantı maddələrinin bədəndən xaric olması üçün su mühüm elementdir. Bir sözlə, su həyat mənbəyidir. Bədəndə su az olduqda bir sıra xəstəliklərlə yanaşı ürək-damar xəstəliklərinin də dərəcəsi artır. Ona görə də hər gecə yatmazdan əvvəl bir stəkan su içmək səhər saatlarında ən çox rast gəlinən infarkt riskini də azaldır. Bir qrup amerikalı və çinli tədqiqatçının araşdırmaları nəticəsində məlum olub ki, bədəndə su çatışmazlığı yuxusuzluqla da nəticələnə bilər. Alimlər iki təcrübə keçiriblər. Təcrübələrin birində 9559, digərində isə 11 903 nəfər iştirak edib. Təcrübə iştirakçılarının sidik analizləri təhlil edilib, həmçinin gecələr neçə saat yatdıqları öyrənilib. Tədqiqatın nəticələrinə görə, orqanizmdə kifayət qədər su olmadıqda bədən antidiuretik hormon - vasopressin ifraz edərək özünü qorumağa başlayır. Alimlər hesab edir ki, belə vəziyyət yuxudan təxminən 2 saat tez oyanmağa səbəb ola bilər ki, bu da yuxu problemi yarada bilər. Bununla əlaqədar, hər kəsə gündə ən azı 2 litr maye içmək tövsiyə olunur. Bundan əlavə, tədqiqatçılara görə həzm problemləri və stress də yuxusuzluğun səbəblərindən ola bilər. Sleeplessness 2:27 The Brothers Records Hip Hop & Rep | Sakit

Nə düşünürsən?